“AFEN Plaza”dakı partlayışda xəsarət alanların son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“AFEN Plaza”dakı partlayışda xəsarət alanların son durumu açıqlandı

Sağlamlıq

25 Noyabr 2025 09:25 1421


Bakının Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən “Yeni Sabah”a bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. pizza mizza

Bir nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, noyabrın 24-ü saat 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində obyektdə partlayış baş verib. Nəticədə beş nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!