Afət “Tolik və Elgizin qara xəbəri”nə sevindi: “Sevincliyəm...”

saytların hazırlanması

Evə çatdırılma

Afət “Tolik və Elgizin qara xəbəri”nə sevindi: “Sevincliyəm...”

Şou

25 Fevral 2026 15:30 1305


“Bu gündən əxlaqsız, pozğun müğənnilər efir üzünə həsrət qalacaq. Nəhayət, gözümüz gözəllik görəcək. Bir ildir ki, bunları deyirdim. Axır ki, bu məsələ həllini tapdı. Sevincliyəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Afət Fərmanqızı deyib.

O, sosial media hesabında bəzi verilişlərin bağlanması barədə qərarı dəstəkləyib: pizza

“Əvvəllər "müğənniyəm" deyəndə utanırdım, çünki bu cür əxlaqsızlar efirdən insana dərs keçirdilər. Daha ailə dağıdan müğənnilər efirdə olmayacaqlar. Bəzi aparıcılar onları telefonlar, hədiyyələr və pul qarşılığında televiziyaya çıxarırdılar. İndi o şeylər ləğv oldu. Şükür ki, bundan sonra "müğənniyəm" deməyə utanmayacam. Sevincimdən 3 mahnı yazdırmışam. Yoldan keçənlərin əksəriyyəti efirdə idi”.

Qeyd edək ki, son vaxtlar efirlərdə aşağı səviyyəli və etik normaların pozulması ilə gedən müzakirələr, efirin həddən artıq bayağılaşması ciddi narazılıqlara səbəb olub. İddiaya görə, Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə” verilişinin yayımı dayandırılıb. Tahir Əliyevin isə “Space” TV-də ekrana gələn “Tarixin bir günü” proqramı Cümə günündən yayımlanmayacaq.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!