Afətdən bəstəkara cavab: “Cəsarəti varsa, villa, mənzil alanlara söz desin”

saytların hazırlanması

Evə çatdırılma

Afətdən bəstəkara cavab: “Cəsarəti varsa, villa, mənzil alanlara söz desin”

Şou

05 Aprel 2019 17:01 1057


Bəstəkar Gövhər Həsənzadə "Pəncərə" verilişində ev, maşın kimi qiymətli hədiyyələr ilə gündəmə gələn məşhurlardan danışıb.

O, bildirib ki, 30 ildən çoxdur sənətdədir və heç vaxt ona bahalı hədiyyələr verilməyib: “Kimsə kimisə bəyənirsə, maşın bağışlayırsa, həmin şəxs bunu sənətə bağlamasın. Çıxıb efirdə özünü təqdim edir ki, filankəs filan mahnıya görə, mənə maşın verdi. Şəxsi münasibətə görə verirlər o hədiyyələri. Heç kim sözümü müzakirə etməsin. Sabah çıxıb efirdə deməsin ki, 72 illik dostum idi... Məni tanımayan pərəstişkar, tamaşaçı maşın verir? Maşına görə başqa dəyərləri qurban verməyin. Onu efirdə təqdim edəndə, efir qarşısında sizə gülən o qədər adam var ki... O dəyərlər maşına dəyər? Özünüzü gülünc vəziyyətə salmayın".

Sosial şəbəkədə Gövhər Həsənzadənin “Sığmazam” qəzəlini hind musiqisi üzərində oxuduqdan sonra gündəmə gələn müğənni Afət Fərmanqızına eyham vurduğu qeyd olunub. Çünki bir müddət öncə “Hər şey daxil” verilişində Afət Fərmanqızı almaq istədiyi avtomobilə pulu çatmadığını deyib. Daha sonra həmin avtomobil hədiyyə olaraq televiziyanın həyətinə gətirilib. Tolik bildirib ki, yaxın dostları Afətin çatışmayan pulunu ödəyib. Dominos pizza

A.Fərmanqızı isə bəstəkarın fikirlərinə bu cür münasibət bildirib ki, bəstəkar onunla gündəmə gəlmək istəyir: “Mən dəfələrlə açıqlama vermişəm ki, mənə maşın hədiyyə verilməyib. Avtomobil almağa pulum çatmadı, həmin çatışmayan hissə hədiyyə olunub. Mən avtomobil hədiyyə olunmağa layiq qadınam. Azərbaycanda elə xanımlar var ki, onlara villa, avtomobil, evlər, mağazalar verilib. Həmin bəstəkarın hünəri, “duxu” çatırsa, o xanımların adını çəksin. Onlar Afətlə gündəmə gəlmək istəyirlər, elə bilirlər ki, mənə söz atmaq onlara başucalığı gətirəcək. Lakin mənim yarım milyon olan izləyicim onları söyür. G. Həsənzadə istəyir ki, gündəmə gəlsin, pul qazansın. O illər əvvəl yeni səhnəyə gələn müğənnilərə 4-5 minə mahnı satıb. Artıq ona pul verib, mahnı alan yoxdur. Gündəm verirəm ona, halal xoşu olsun. O mənə pulsuz mahnı versə, oxumaram. O tipli mahnılara tələbat yoxdur. Əvvəllər oxumuşam, görmüşəm ki, ac qalıram. Xalq məni sevir, hər gün məni məclisində görmək istəyir. Bu böyük göstəricidir. Mən maraqlıyam ki,  o bəstəkar məni izləyir, fikir bildirir. O isə mahnıları kimi mənə maraqsızdır. Mahnı məsələsi ilə bağlı nə qədər ölkədə üzdəniraq, ailə dağıdan, qaranlıq işləri olan, əxlaqsız adam var idisə, hamısı danışdı. Keçmişi ləkəli olanlar məni qınadı. Onlar bildirdilər ki, mahnı ilə mənəvi dəyərləri ləkələmişəm. Onlara demək istəyirəm ki, milli mənəvi dəyərlərdən danışılanda başlarını aşağı salsınlar”.

Musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!