AFFA 3 klub rəsmisini futboldan uzaqlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA 3 klub rəsmisini futboldan uzaqlaşdırdı

İdman

26 Dekabr 2025 16:27 617


Region Liqasında çıxış 2 klubun 3 əməkdaşı futboldan kənarlaşdırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib.

"Bakı" TFK komandasının rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub. pizza mizza

Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Bundan əlavə, "Baku TFK"nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!