AFFA 5 kluba texniki məğlubiyyət verib

saytların hazırlanması

Evə çatdırılma

AFFA 5 kluba texniki məğlubiyyət verib

İdman

19 Fevral 2019 20:41 1039


AFFA İntizam Komitəsi 5 kluba texniki məğlubiyyət verib.

“Yeni Sabah” xəbər verir ki,  AFFA bu barədə rəsmi aytıda məlumat verib. U-12 Liqasının “Şirvanovka” (Qusar) – “Neftçi” İK İB matçında və U-12 Qızlar Liqasının “Keşlə” (Bakı) – “Mil-Muğan” (İmişli) görüşündə meydan sahiblərinin heyətində yetərsay olmadığı üçün hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Neftçi” İK İB (Siyəzən) – “Şahdağ” FK oyununda qonaqlar yaş limitini pozduğuna görə analoji cəza ilə üzləşiblər. Dördpendirli pizza

Futzal üzrə Birinci Liqanın “Baku Fans” – “Sovetski” və İkinci Liqanın “Borçalı” – “Gilan” matçlarında qonaqların heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!