AFFA Almaniyada çıxış edən azərbaycanlı futbolçuları izləyir

saytların hazırlanması

Evə çatdırılma

AFFA Almaniyada çıxış edən azərbaycanlı futbolçuları izləyir

İdman

12 Dekabr 2025 16:18 649


AFFA Almaniyanın "Qröyter Fürt" klubunda çıxış edən azərbaycanlı futbolçu Tuncay İsmayıllını izləyir.

"Yeni Sabah" AZƏRTAC-a istinadla AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev məlumat verib.

O, 2011-ci il təvəllüdlü oyunçunu diqqət mərkəzində saxlayacaqlarını bildirib: Dominos pizza

“Tuncay yarımmüdafiəçidir. Bir həftə əvvəl onun haqqında mənə məlumat verilib. İndi həmin futbolçunun videolarına baxacağıq. Bəyəndiyimiz halda aşağı yaş qrupları üzrə yığmaya dəvət edəcəyik”.

Bəxtiyar Musayev T.İsmayıllı ilə yanaşı, Almaniyanin digər klubu “Essen-Şönebek”də forma geyinən və daha əvvəl U-21 millimizə dəvət alan Murad Həmidovu da izlədiklərini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!