AFFA bu klubları cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA bu klubları cərimələdi

İdman

29 Yanvar 2026 14:26 506


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“İmişli” – “Araz-Naxçıvan” oyununda “İmişli” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. pizza hut

“Neftçi” – “Zirə” oyununda oyun günü planı pozulduğuna görə “Neftçi”  2000 manat cərimələnib.

"Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat ziyana düşüb.

“Sabah” – “Karvan-Yevlax” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!