“AFFA-dakı oğrular getsə “Xəzər Lənkəran” qayıdacaq“

saytların hazırlanması

Evə çatdırılma

“AFFA-dakı oğrular getsə “Xəzər Lənkəran” qayıdacaq“

İdman

02 Fevral 2019 15:09 1056


“Xəzər Lənkəran”ın fəxri-prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov illərdir müzakirə olunan “Xəzər Lənkəran” klubunun taleyinə aydınlıq gətirib.

"Yeni Sabah"  xəbər verir ki, azərbaycanlı iş adamı “facebook” sosial şəbəkəsində izləyicilərdən birinin “Xəzər Lənkəran” nə zaman geri dönəcək” sualına belə cavab verib:

“Xəzər Lənkəran” AFFA-dakı oğrular nə zaman getsə, onda geri dönər. Biz onlar kimi rüşvət və oğurluq etməklə pul qazanmırıq. Bizim pulumuz Allahın bizə verdiyi ruzi olan dənizdən çıxır. 10 min dənizçinin çalışdığı yerdə düzgünlük etməsəm, şorba yeyə bilmərəm, insanları ahı məni tutar. Dəyərli qardaşım, ona görə də indi gözləməliyik. Ancaq sizə söz verirəm, bizim “Xəzər Lənkəran” mütləq yaşıl meydanlara geri dönəcək. Əzizlərim, bunun dönüşü möhtəşəm olacaq“. pizza mizza

Qeyd edək ki, 2004-cü ildə yaranan “Xəzər Lənkəran” futbol klubu 2016-cı ildə fəaliyyətini dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!