FİFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi bu siyahıya daxil edilməyib.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Yeni Sabah”a məsələylə bağlı münasibət bildirib:
“Bu ilə qədər əsas milli komanda çıxış etmirdi. Uzun illər əvvəl çıxış edən milli komandamız vardı, onun nəticələrinə əsasən, FİFA bizi reytinq cədvəlindən kənarlaşdırıb. Yenidən qadınlardan ibarət milli komandamız formalaşdırılıb. Bununla bağlı olaraq FİFA və UEFA-ya məlumat verilib. Növbəti rəsmi oyun turnirlərindən etibarən bizim də milli komandamız orada çıxış edəcək”.
Qeyd edək ki, 2018-ci ilin dekabrındakı cədvəlində millimiz 1360 xalla 69-cu pillədə qərarlaşmışdı.
Naibə Məmmədova
Telegram kanalımız