AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən "Səbail-2" və "Sumqayıt-2" komandalarını 80 manat məbləğində cərimələyib.
"Yeni Sabah” xəbər verir ki, buna səbəb hər iki kollektivin XXII tur matçlarında xərək daşıyan şəxslərin sayının əsasnaməyə uyğun olmamasıdır.
Paytaxt klubu “Qaradağ Lökbatan”, "gənclik şəhəri" təmsilçisi isə "Sabah-2" ilə oyunda eyni səhvə yol verib. pizza mizza
Qeyd edək ki, əsasnaməyə görə xərək daşıyanların sayı 4 nəfər və yaşları 18-dən yuxarı olmalıdır.
Telegram kanalımız