Bu gün AFFA İntizam Komitəsi növbəti dəfə klubları cərimələyib.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan kubokunda 1/8 finalın “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə klub 2000 manat ziyana düşüb. “Neftçi” komandasının azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə “Neftçi” komandası 5000 manat cərimələnib. pizza
“İmişli” – “Sabah” oyununda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib. Həmin oyunda “Sabah” komandasının azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat ziyana düşüb.
“Qarabağ” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
“Difai” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai” komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat cərimələnib.
Bundan əlavə, “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.
Misli Premyer Liqasının 14-cü turunda keçirilən “Sabah” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimə ödəyəcək.
“Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt” komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyun cəzalandırılıb, klub 1000 manat cərimə edilib. Oyunda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Telegram kanalımız