AFFA “Neftçi” və “Zirə”ni külli miqdarda cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Neftçi” və “Zirə”ni külli miqdarda cərimələdi

İdman

09 Oktyabr 2025 15:48 527


AFFA-nın İntizam Komitəsi bir sıra qərar qəbul edib.

Yenisabah.az xəbər verir ki, "Zirə" – "Neftçi" oyununun 90+7-ci dəqiqəsində "Zirə" klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırıb, "Zirə" klubu 500 manat cərimə olunub. Bundan başqa, VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə "Zirə" 1000 manat cərimələnib.

"Neftçi" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib. "Ağ-qaralar"ın azarkeşləri iğtişaş törətdiyinə görə "Neftçi" komandası 10 000 manat əlavə sanksiyaya məruz qalıb. pizza

Eyni oyunda "Neftçi"nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 5000 manat cərimələnib.

Bununla yanaşı, "Sumqayıt" – "Turan Tovuz" oyununda "Sumqayıt" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sumqayıt" klubu 700 manat cərimələnib.

"Qəbələ" – "Şamaxı" oyununda "Şamaxı" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şamaxı" klubu 700 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!