AFFA “Neftçi”nin şikayətini   təmin etmədi

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Neftçi”nin şikayətini təmin etmədi

İdman

17 Sentyabr 2025 17:45 1041


Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

Yenisabah.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu İqor Ribeyro ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Misli Premyer Liqasının III turunun “Turan Tovuz” oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılan futbolçu, eləcə də klubun 3000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb. Sezar pizza

Tərəflərə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!