AFFA “Sumqayıt“ı 5600 manat cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Sumqayıt“ı 5600 manat cərimələdi

İdman

12 Mart 2019 21:13 947


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Yeni Sabah” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 21-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. 

“Sumqayıt” – “Neftçi” matçının 78-ci dəqiqəsində  “Sumqayıt” klubunun qapıçısı Mehdi Cənnətov aqresiv davranışından dolayı qırmızı kart alaraq meydaçadan kənarlaşdığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimələnib. Oyunun 85-ci dəqiqəsində baş məşqçi Ayxan Abbasov  texniki zonanın qaydalarını pozaraq texniki zonadan kənarlaşdırıldığına görə, 1 oyunluq cəzalanıb, klub 800 manat cərimə edilib. Bundan əlavə, klub 4 sarı vərəqəyə görə 800 manat dəyərində  cərimə olunub.  Oyunun sonlarında “Sumqayıt” azarkeşləri oyuna kənar əşyalar atdığı üçün klub 1600 manat dəyərində cərimələnib.“Neftçi” 8 sarı vərəqəyə görə 800 manat  cərimə edilib. Toyuqlu pizza

“Qəbələ” – “Səbail” görüşündə “Səabil”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə, klub 800 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Qəbəblə”nin oyunçusu Bəhlul Mustafazadə iki sarı vərəqə alaraq meydançadan kənarlaşdığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!