Amerika administrasiyası İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərinə endirdiyi zərbələri "ağılsızlıq" adlandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Uotsonun bəyanatında deyilir.
“Biz vəziyyəti qiymətləndirməyə davam edəcəyik, lakin ilkin qiymətləndirməyə görə, bu, ağılsız və qeyri-dəqiq zərbələr seriyasıdır. Birləşmiş Ştatlar İraqın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - deyə Uotson vurğulayıb. pizza hut
O, ABŞ-ın yüksək rütbəli İraq rəsmiləri, eləcə də Kürdüstan bölgəsindəki rəsmilərlə əlaqə saxladığını deyib: "Heç bir Amerika hərbçisinə və ya Amerika qurğularına ziyan dəyməyib".
Xatırladaq ki, "Sepah" Ərbildə İsrailin casus mərkəzlərinə hücum etdiyini bildirib.
Telegram kanalımız