Ağacların dibinə dizel yanacağı tökdülər

saytların hazırlanması

Evə çatdırılma

Ağacların dibinə dizel yanacağı tökdülər

Sosial

04 Fevral 2019 18:54 842


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yevlax şəhərində yolətrafı yaşıllıq ərazidə ağacların dibinə dizel yanacağının tökülməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, araşdırma zamanı sözügedən ərazidə 5 müxtəlif cinsli ağacın dibinə dizel yanacağının töküldüyü aşkar olunub. Faktla bağlı akt tərtib olunub və təqsirkarın müəyyən edilməsi, barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Yevlax şəhər Polis Şöbəsinə müraciət edilib.

Ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi məqsədilə Yevlax şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!