Ağcabədi sakinləri etiraz aksiyası keçirib

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədi sakinləri etiraz aksiyası keçirib

Rəsmi

25 Yanvar 2019 18:35 1426


Ağcabədi rayonunun Sarıcalı kəndinin bir qrup  sakinlərinin təbii qazın verilməməsinə etiraz olaraq Ağcabədi Ağdam magistral avtomobil yolunu müvəqqəti bağlayıblar.

Bu barədə “Yeni Sabah”a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, əraziyə polis əməkdaşları cəlb olunub.  Aksiya yerinə Rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov gəlib. Bundan sonra yol açılıb.

Sakinlər şikayətləniblər ki, rayonun bütün kəndlərinə o cümlədən qonşu kəndlərə qaz verilsədə onlara bu günə qədər mavi yanacaqdan istifadə edə bilmirlər. İcra başçının müavini R. Əhmədov bildirib ki, rayonun qazlaşmayan yeddi kəndi qalıb. Həmin kəndlərin qazlaşdırılması ilə bağlı Azəriqaz tərəfindən lahiyə hazırlanıb ilin sonuna qədər həmin kəndlərin mavi yanacaqla təmin edilməsi nəzərdə tutulub. Bununla da rayonun yüz faiz qazlaşmasi başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!