Ağcabədi sakinlərindən 12 kiloqram narkotik götürülüb   - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədi sakinlərindən 12 kiloqram narkotik götürülüb - FOTO 

Kriminal

16 Yanvar 2023 11:47 814


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan 12 kiloqram marixuana götürülüb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlərinin Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Coşqun Rəfiyev şəhər ərazisində saxlanılıb. O, narkotik vasitəni taksi ilə meşəlik əraziyə apararkən saxlanaraq şöbəyə gətirilib. Avtomobilə baxış zamanı yük yerindən doqquz kiloqram marixuana aşkar edilərək götürülüb.  Pepperoni pizza

Bundan əlavə, keçirilən digər bir tədbirlə daha üç kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli qismində saxlanılan Zaman Cəfərovun rayonun Hindarx qəsəbəsindəki evinə baxış keçirilib. Bu zaman oradan üç kiloqram marixuana aşkar edilərək götürülüb. 

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!