Ağcabədidə 67 yaşlı qadın qətlə yetirildi:   Əri saxlanıldı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirildi: Əri saxlanıldı - Yenilənib

Kriminal

15 Yanvar 2023 20:17 2233


Ağcabədidə 67 yaşlı qadınını qətlə yetirməkdə şübhəli bilinən əri saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

1953-cü il təvəllüdlü Əliyar Mehdiyev polis əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində saxlanılıb. Dominos pizza

***

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri axtarışa verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!