Ağcabədidə heyvanlara peyvənd vurulur

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə heyvanlara peyvənd vurulur

Rəsmi

04 Aprel 2019 17:43 1099


Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, hazırda Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində (Laçın rayonundan köçkün salınan heyvandarlıqla məşğul olan insanların əksəriyyəti bu qəsəbədə yerləşib) və digər rayonlarda məskunlaşan laçınlılara məxsus heyvandarlıq təsərrüfatlarında tədbirlər davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, hazırda laçınlılara məxsus təsərrüfatlarda 33 min baş iribuynuzlu, 180 min baş xırdabuynuzlu, 400 baş təkdırnaqlı, 3 min baş sahibli it və 1026500 baş ev quşu mövcuddur.

Cari ilin müvafiq dövrü ərzində Laçın Rayon Baytarlıq İdarəsinin 10 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində laçınlılara məxsus ayrı-ayrı şəxsi təsərrüfatlarda 33321 baş iribuynuzlu, 21588 baş xırdabuynuzlu, 1307 baş təkdırnaqlı heyvanda qarayara, 3050 baş sahibli itdə quduzluq, 95263 baş xırdabuynuzlu heyvanda çiçək, 305500 baş çüçədə (La-sota ştammı ilə) və 211900 baş ev quşlarında (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Dördpendirli pizza

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1349 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Fevral ayının 10-dan bütün ölkədə olduğu kimi, Laçın rayonundan erməni işğalçıları tərəfindən köçkün salınan əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 31088 baş iribuynuzlu, 102320 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Laçın Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 23503 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılaraq 20 ədəd tövlə və tövləətrafı ərazilərdə 3830 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!