Martın 23-ü Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edən şəxs İkinci Qarabağ müharibəsinin qazisi olub.
“Yeni Sabah” xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 19.02.1987-ci il təvəllüdlü Şaiq Firdosi oğlu Ələsgərov Vətən müharibəsi baş verən ərəfədə könüllü olaraq ordu sıralarına qatılıb.
Müharibədə ölümdən xilas olan Şaiq Ələsgərov baş verən qəzada həyatını itirib. Sezar pizza
Xatırladaq ki, hadisə rayonun Hindarx qəsəbəsi ilə Hüsnülü kəndi arasında qeydə alınıb. Belə ki, Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, Bayram İsmayılov xəsarət alıb.
Telegram kanalımız