Ağcaqanadların daşıdığı təhlükə - ÖLDÜRÜR! 

saytların hazırlanması

Evə çatdırılma

Ağcaqanadların daşıdığı təhlükə - ÖLDÜRÜR! 

Sosial

17 Avqust 2024 13:41 682


Yay aylarının ən böyük problemlərindən biri də ağcaqanadlar və onların dişləmələridir. Hazırda insanların ən böyük narahatlığı məhz bu yaralarla bağlıdır. 

Yenisabah.az xəbər verir ki, sözügedən mövzu ilə bağlı İstinye Universiteti (İSU) Tibb Fakültəsi müəllimi, Uşaq İmmunologiya və Allergiya Xəstəlikləri mütəxəssisi Prof. Dr. Mahir İğde məsələyə belə izah verib: 

 "Ağcaqanad dişləmələri adətən qaşınma, qırmızı və bir qədər şişkin qabar kimi görünür. Bu qabarlıqlar dişləmədən dərhal sonra görünür və bir neçə saat ərzində ən yüksək səviyyəyə çatır. Yaranı sağaltmaq, qaşınma və şişkinlik üçün soyuq kompreslər tətbiq edə və ya histamin əleyhinə kremlərdən istifadə edə bilərsiniz. Bu dişləmələr adətən 1-2 gün ərzində sağalır, lakin zəif və həssas immun sistemi olan insanlar üçün daha uzun sürə bilər. Belə halda antibiotik müalicəsi mütləqdir”.  Toyuqlu pizza

Həkim bildirib ki, bəzi ağcaqanadlar malyariya, Zika virusu və dang qızdırması kimi xəstəliklərə səbəb olur:

“Dişləmələrdən qorunmaq olduqca vacibdir. Ağcaqanad dişləməsindən qorunmaq üçün uzunqol paltar geyinin, açıq rəngli paltar seçin, Ağcaqanad qovan  vasitələrdən istifadə edin və ağcaqanadların sıx olduğu yerlərdən uzaq durun”.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!