Ağdam Sukanal İdarəsinin işçisini elektrik cərəyanı vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Ağdam Sukanal İdarəsinin işçisini elektrik cərəyanı vurub öldürdü

Kriminal

08 Fevral 2019 00:45 1872


Ağdamda bədbəxt hadisə baş verib.

Ağdam rayon Prokurorluğundan verilən məlumata görə, Ağdam rayonunun Eyvazlı kənd sakini, Ağdam Sukanal İdarəsində elektrik işləyən, 1973-cü il təvəllüdlü Zahid Rəhim oğlu Nağıyev "Quzanlı-1" qəsəbəsində transformatorda təmir işləri apararkən elektrik enerjisi vurub.

Nəticədə A.Nağıyev hadisə yerində dünyasını dəyişib. pizza sifarişi

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, iş üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!