Ağdam və Bakıda maşın qaçıranlar tutuldular

saytların hazırlanması

Evə çatdırılma

Ağdam və Bakıda maşın qaçıranlar tutuldular

Kriminal

07 Sentyabr 2024 14:14 676


Sentyabrın 6-da gecə saatlarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən VAZ-27175 avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobillə birgə saxlanılıb. Dominos pizza

Bakının Nizami Rayon Polis İdarəsi (RPİ) 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 5-də rayon ərazisindən "Toyota" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ə.Məmmədov avtomobillə birgə tutulub.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 5-də rayon ərazisindən "Moon AMC" motosikletini qaçırmaqda şübhəli bilinən M.Salahov motosikletlə birgə yaxalanıb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!