Ağdam - XXI əsrin Hirosiması: Mədəni Genosid -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ağdam - XXI əsrin Hirosiması: Mədəni Genosid - Fotolar

Mədəniyyət

16 Dekabr 2020 17:04 944


“Ağdam - XXI əsrin Hirosiması: MƏDƏNİ GENOSİD”.

Yenisabah.az xəbər verir ki, dünyaca məşhur İran əsilli fransalı fotoqraf Reza Deqati yeni fotoşəkillərini bu adı altında paylaşıb.

Fotoqraf qeyd edib ki, fotoşəkildə göstərilən heykəlin erməni qoşunları tərəfindən məhv edildiyi barədə hekayə dərc edildikdən sonra çox sayda mesaj və fotoşəkil alıb. pizza sifarişi

“Bu heykəli yaradanın babası olduğunu bildirən Rövşən Mahmudova verdiyi məlumatlara görə minnətdaram. Tokay Həbib oğlu Məmmədov Azərbaycanın Xalq rəssamı adına layiq görülmüş və ölkə üzrə bir çox monumental heykəllərin müəllifidir. Ağdamda dağıdılmış halda tapdığım heykəl 1959-cu ildə hazırlanmış və Nizami Gəncəvinin qəhrəmanlarından birinin şərəfinə “Fərhad” adlandırılmışdır”, - R.Deqati yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!