“Ağdam yolunun Laçın dəhlizini əvəzləməsi Artsaxın sonu olacaq...” - Babayan

saytların hazırlanması

Evə çatdırılma

“Ağdam yolunun Laçın dəhlizini əvəzləməsi Artsaxın sonu olacaq...” - Babayan

Siyasət

23 Avqust 2023 18:41 7097


Baş separatçı Arayik Arutyunyan dünən – avqustun 22-də qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini bildirib.

Mətbuatda yazılanlara görə, həmin marşrutla ticarət qismən aparılacaq, tikinti materialları, dizel yanacağı, dərman oradan daxil olacaq, ərzaq isə Rusiya “sülhməramlı”ları vasitəsilə Laçın vasitəsilə aparılacaq.

Araik Arutyunyanın müşaviri,  onun xüsusi tapşırıqlar üzrə nümayəndəsi David Babayan  isə deyib ki, “təhlükəsizlik şurası”nın iclasında iştirak etməyib, ona görə də gündəmdə hansı məsələlərin olmasından xəbəri yoxdur”. pizza hut

Moderator.az xəbər verir ki, D.Babayan bu haqda Tert.am-a açıqlamasında danışıb.

Eyni zamanda, David Babayan Ağdam yolunun Laçın yolunu əvəz edə bilməyəcəyini bəyan etdiklərini xatırladıb. Onun sözlərinə görə, “Laçın yolu təkcə maddi-texniki baxımdan əhəmiyyətli deyil, bu, siyasi və hüquqi statusu olan ərazidir və 10 noyabr bəyanatına əsasən, Rusiya Federasiyası insanların və yük maşınlarının daxil olmasını təmin etməlidir”.

“İndi Ağdam yolu Laçın dəhlizi ilə əvəz olunarsa, bunun nə ilə nəticələnəcəyini təsəvvür edə bilərsinizmi? Gələcəkdə nədənsə Ağdam yolu açıla bilər, amma o, Laçın dəhlizini əvəz edə bilməz, dəyişdirilən kimi, bu o deməkdir ki, Laçın dəhlizi olmayacaq, bu da Artsaxın sonu olacaq. Artsaxın xarici dünya və Ermənistanla əlaqəsi kəsiləcək”, -  deyə  Araikin xüsusi tapşırıqlar üzrə nümayəndəsi çərənləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!