Ağdam rayonunda azyaşlı oğlanı ilan sancıb.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Çıraqlı kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü Xəyal Sahib oğlu Quliyev yaşadığı evin həyətində oynayarkən onu ilan sancıb.
X.Quliyev Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Azyaşlının vəziyyəti kafi qiymətləndirilir. (Modern.az) pizza
Telegram kanalımız