Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olundu

Hadisə

26 Aprel 2022 12:04 369


Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis Bölməsinin (DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü həbs olunub. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Eldəniz Məmmədov saxlanılıb. pizza hut

Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, onun sürücülük vəsiqəsinin də olmadığı müəyyən edilib. İdarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

E.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!