Ağdamda döyüşdüyü deyilən Əməkdar artistdən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda döyüşdüyü deyilən Əməkdar artistdən AÇIQLAMA

Mədəniyyət

02 Oktyabr 2020 10:44 3396


Cəbhəyə yollandığı deyilən Əməkdar artist İlkin Əhmədov bu məlumatı təkzib edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan xanəndə döyüşlərdə olmadığını qeyd edib:

"Əzizlərim, mən artıq 5 gündür ki, sosial şəbəkələrdən istifadə edə bilmirdim. Buradan sözüm bəzi saytlaradır, dəqiq bilmədiyiniz informasiyanı nə mənim haqqımda, nə də mövcud vəziyyətlə bağlı qətiyyən verməyin! Mən könüllü olaraq qeydiyyatdan keçmişəm. Ancaq sözügedən bölgədə və yaxud başqa döyüş gedən bölgələrdə döyüşlərdə deyiləm. pizza mizza

Bir daha saytlarımızdan xahiş edirəm ki, bölgə, ərazi adları çəkməyin! Ümumiyyətlə, Müdafiə Nazirliyinin tez-tez və dəqiq verdiyi xəbərləri gözləyin. Qələbə Azərbaycanındır!”.

Qeyd edək ki, xanəndənin Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etdiyi deyilirdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!