“Ağdamda ilk işim Cümə məscidində azan oxumaq olacaq“   - Mənsum İbrahimov

saytların hazırlanması

Evə çatdırılma

“Ağdamda ilk işim Cümə məscidində azan oxumaq olacaq“ - Mənsum İbrahimov

Mədəniyyət

20 Noyabr 2020 14:22 1664


“Bizim 30 illik həsrətimiz bitdi. Həsrət sona yetdi, bütün xalqımızın gözü aydın olsun. Bundan böyük qələbə yoxdur. Ali baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz dastan yazdı”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Mənsum İbrahimov anadan olduğu Ağdam şəhərinin azad edilməsi ilə bağlı təəssürtalarını bölüşərkən deyib.

Xanəndə hər kəsə gözaydınlığı verib: Marqarita pizza

“Hər kəsi ürəkdən təbrik edirəm. Allah Ali Baş Komandanımızı qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, hamısının ruhunu şad eləsin, yaralı əsgərlərimizə şəfa versin”.

Sənətçi Ağdama qayıtdıqda ilk olaraq Cümə məscidinə gedib azan oxuyacağını açıqlayıb:

“Ağdama qayıdanda həyata keçirmək üçün o qədər arzularım var ki... Birinci gedib Ağdam Cümə məscidində azan oxuyacağam. Qoy hələ bərpa edək, orada nə qədər böyük festivallar, konsertlər, muğam müsabiqələri keçirəcəyik. Həmişə Ağdam çal-çağır mərkəzi olub. Ora mədəniyyət mərkəzi olub, ora elə-belə yer olmayıb. Sözün əsl əsl mənasında mədəniyyət ocağı olub, onlarla sənətkar, alim yetişdirib. Biz Ağdamı bərpa edəcəyik, yenidən oranı özünə qaytaracağıq”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!