Azərbaycanda siqaret istehsalı ilə məşğul olan “Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 17-yə çatıb. Toyuqlu pizza
"Şirkət Parkın ərazisində investisiya dəyəri 40,5 milyon manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradacaq və 300 nəfəri işlə təmin edəcək. Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək", - deyə M.Cabbarov qeyd edib.
Telegram kanalımız