“Ağdamda zorakılığın şahidi olduq” - İtaliya Deputatlar Palatasının sədr müavini

saytların hazırlanması

Evə çatdırılma

“Ağdamda zorakılığın şahidi olduq” - İtaliya Deputatlar Palatasının sədr müavini

Siyasət

06 Dekabr 2020 15:58 1163


“Burada müharibənin acınacaqlı üzünü, dağıntılarını görmək mümkündür. Biz burda dağıntıların şahidi olduq”.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato bildirib. 

Rosato hesab edir ki , başqa bir yerdə Ağdamdakındandaha təsirli görüntülər görmək mümkün deyil: Dördpendirli pizza

“Bura tərk edilmiş torpaqlardır, bundan sonra bura həyat qayıdacaq. Ağdamda zorakılığın şahidi olduq, bütün evlər, bütün infrastruktur dağıdılıb, təbiət bundan ziyan görüb. Azərbaycan xalqının böyük səyi nəticəsində bu torpaqlara həyat qayıdacaq, dağıdılmış, yerlə yeksan olmuş evlər yenidən bərpa olacaq. İnanıram ki, biz 5 ildən sonra bura gələndə fərqli mənzərə ilə qarşılaşacağıq”. /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!