Ağdamdakı iranlı qonaqlar və donuz bəslənən məscid...

saytların hazırlanması

Evə çatdırılma

Ağdamdakı iranlı qonaqlar və donuz bəslənən məscid...

Siyasət

19 Avqust 2022 10:06 2658


“İran İslam Respublikasının bir qrup hərbi mütəxəssisi Azərbaycanda qonaqdır. Azərbaycanlılar qonaqpərvərdilər və müsafirin bizim nəzdimizdə müstəsna yeri var. O cümlədən iranlı qonaqlarımızı da ədəb və ərkanla qarşılayırıq, sonra da yola salırıq. Bilirəm ki, iranlılar da müsafirpərvərdilər, istiqanlıdırlar. Hər halda, İrana gedib-gələnlərdən bunu eşitmişəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Kamal Əliyev sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, İrandan təşrif buyurmuş hərbçi qonaqlar Ağdam şəhərini və oradakı məscidi də ziyarət ediblər:

“Ancaq tarixin ironiyasına baxın ki, Ağdam 1993-ilin 23 iyulunda Köçəryan və Qukasyan kimi banditlərin işğalından sonra şəhər yağmalandı, dağıdıldı və bütün bahalı əşyalar, tikinti materialları məhz İrana satılmışdı.  Sezar pizza

Biz daha sonralar Ermənistanın keçmiş prezidenti, Qarabağ banditi Robert Köçəryanın "Həyat və azadlıq" kitabından oxuduq ki, ermənilər Kəlbəcərdən çıxmamaq üçün Ağdamı işğal etdilər. Köçəryan xatirələrində yazırdı ki, o vaxt Ermənistanın prezidenti Levon-Ter Petrosyan və Rusiyanın dövlət başçısı Boris Yeltsin Kəlbəcərin boşaldılmasını tələb edirdilər. Təbii ki, beynəlxalq ictimaiyyət də erməni separatçılarının Kəlbəcəri Azərbaycana təhvil verilməsini tələb edirdi. Digər tərəfdən, Rusiyanın agenti Surət Hüseynovun dövlət çevrilişi həm Kəlbəcərin boşaldılmasını, həm də sonralar Azərbaycan xalqının başına gələn zülmlərin, iztirabların əsasını qoydu.

O zaman Köçəryan və onun çətəsi Ağdamla kifayətlənmədi, daha sonra Qubadlı, Zəngilan, Cəbrayılı da işğal etdi. Ermənilər işğal etdiyi bütün ərazilərdə azərbaycanlılara aid altyapını dagıtdılar, bu rayonların maddi və mənəvi irsini tarumar etdilər, əllərinə keçən nə vardısa, İrana su qiymətinə satdılar.

Məscidlərdə donuz saxladılar, müsəlmanların heysiyyətinə toxundular. Ancaq nə hikmətdirsə, fələstinlilər, Suriya ələviləri və Yəmənin zeydi şiələri üçün timsah göz yaşı axıdan İran müsəlman azərbaycanlıların çəkdiyi çiləyə, zülmə səssiz qaldı. İndi iranlı hərbçi mütəxəssislər Ağdam məscidini ziyarət edirlər. Mən ziyarətə qarşı deyiləm. Xoş gəlib, səfa gətiriblər. Amma o iranlı hərbçilər bilsinlər ki, ziyarət etdikləri məsciddə ermənilər həm də onları təhqir edirdilər.

Bütün bunlara rəğmən, erməni dövlətçiliyi İranın "qırmızı xətti" qalmaqda davam edir. İranın erməni təəssübkeşliyini bilavasitə bu ölkənin azərbaycanca danışan ali rəhbəri Ayətüllahül-uzma, müctehid Seyyid Əli Əkbər Xamanei edir. Bax mənim qavramaqda çətinlik çəkdiyim məqam da elə burasıdır.

Təkrar edirəm ki, biz qonaqpərvər insanlarıq, lakin əfsus olsun ki, unutqanıq, ağı qaradan seçməkdə həssas deyilik. Hətta tarixən o qədər unutqanıq ki, bunun bədəlini çox ağır ödəyirik. Yazdıqlarım kimisə məzəmmət etmək deyil, həqiqətləri deməkdir”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!