Ağdaşda heyvanlara peyvənd vurulur

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda heyvanlara peyvənd vurulur

Sosial

12 Fevral 2019 16:18 796


Yanvar ayının ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, hazırda Ağdaş Rayon Baytarlıq İdarəsi tərəfindən aparılan tədbirlər çərçivəsində rayonun Şəkili kəndində yerləşən Can Tanrıövərə məxsus “Türyançay” fermer təsərrüfatında 1200 baş iribuynuzlu və 18 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə, rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 45251 baş iribuynuzlu heyvanda qarayara, 3644 baş qapı itində isə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılıb və 8000 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Fevralın 10-dan başlayaraq Ağdaş rayonunda da iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Ağdaşda bu xəstəliyə qarşı 131319 baş iribuynuzlu (A, O, Asiya-1 tipinə qarşı), 56852 baş xırdabuynuzlu (A,O tipinə qarşı) heyvanda aparılması nəzərdə tutulub. Artıq 10500 baş iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı polivalent vaksinlə peyvəndləmə aparılıb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!