Ağdaşda maşın hasara çırpıldı, 4 nəfər xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı, 4 nəfər xəsarət aldı

Hadisə

29 Oktyabr 2019 18:21 769


Ağdaş rayonunda yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 1968-ci il təvəllüdlü Etibar Yusibov, 1972-ci il təvəllüdlü Muradxan Hüseynov, 1967-ci il təvəllüdlü Muxtar Abışov və 1971-ci il təvəllüdlü Şəmsəddin Şahbazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb və vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!