Ağdaşda yayılan virus epidemiyası ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda yayılan virus epidemiyası ilə bağlı rəsmi açıqlama

Sağlamlıq

19 Fevral 2020 15:45 893


"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) Ağdaş rayonunda çox sayda insanda kəskin bronxit, suçiçəyi və digər xəstəliklərin olmasına münasibət bildirib. TƏBİB-dən "Yeni Sabah"a verilən məlumata görə, fevralın 18-də Ağdaş rayonunun Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub. Qeyd olunub ki, müayinə olunan 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb: "Abad kəndində müayinə nəticələri Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və rayon Gigiyena Epidemioloji Mərkəzinin rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!