Agentlik gücləndirilmiş iş rejiminə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Agentlik gücləndirilmiş iş rejiminə keçdi

Hadisə

27 Mart 2026 22:03 413


İntensiv yağıntılarla əlaqədar su təsərrüfatı qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, bəzi ərazilərdə drenaj sistemlərinin olmaması səbəbindən yağış suları kanalizasiya xətlərinə yönləndirilir ki, bu da şəbəkələrin artıq yüklənməsinə və suyun daşınmasında çətinliklərə səbəb olur. Sezar pizza

Qeyd olunub ki, mərkəzləşdirilmiş su və kanalizasiya sistemlərinin olmadığı ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün qəza briqadaları cəlb olunub.

Məlumata görə, ərazilərdə toplanan suların çəkilməsi, xətlərin açılması və mövcud şəbəkələrə yönləndirilməsi istiqamətində fasiləsiz iş aparılır.

Eyni zamanda yağış kollektorları və daşıyıcı xətlər mütəmadi yoxlanılır, tutulmalar olan hissələrdə texnika vasitəsilə təmizləmə işləri görülür.

Bildirilib ki, bütün sukanal idarələrində növbəli əsasda fəaliyyət genişləndirilib və işlər problemlər tam aradan qaldırılanadək davam etdiriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!