Agentlik “Leş Tofiq”ə sertifikat veribmiş

saytların hazırlanması

Evə çatdırılma

Agentlik “Leş Tofiq”ə sertifikat veribmiş

Kriminal

25 Sentyabr 2019 12:22 1662


“Qida Təhlükəsizlik Agentliyi “Leş Tofiq”ə sertifikat verib”.

Bu sensasion bəyanatla üçün Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış edib. “Yeni Sabah” xəbər verir ki, ekspertin BakuPost.az-a açıqlamasına görə, aparılan araşdırmalar nəticəsində onlara fəaliyyət göstərmək üçün rəsmi icazə verildiyi bəlli olub.

“Bu məsələ ilə bağlı monitorinqlər aparılır, fəal işlər görülür. İstehlakçının telefon zənginin əsasında mənə verilən məlumata görə, “Leş Tofiq”in kəsim yerinə sertifikat verilib. Görünür, onların göstərdikləri yaxşı məkanlara baxış keçirilib və buna əsasən də sertifikat verilib. Dördpendirli pizza

Bu cinayətkar dəstə əsas işini isə başqa yerlərdə həyata keçiriblər və o məkanlara hansısa aidiyyəti qurum əməkdaşının baxmaq imkanı olmayıb”.

Eyyub Hüseynov leş ətlərin xəstəlik mənbəyi, çox təhlükəli olduğunu bildirib: “Leş ətlərin insan orqanizmə böyük fəsadlar vura bilər. Leş ətlər xəstəlikdən ölmüş heyvanlardır. Ona görə də bu ətlər vasitəsilə heyvan xəstəliklərinin insanlara keçmə ehtimalı yükəksidir”.

İttihamlarla bağlı Qida Təhlükəsizlik Agentliyinə sorğu göndərmişik, cavablarını təqdim edəcəyik.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən leş ətlərinin satışıyla məşğul olan şəbəkənin fəaliyyəti ifşa edilib. Dəstəyə başçılıq edən “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!