Agentlik rəhbəri media sahəsində həyata keçiriləcək islahatlardan danışdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Agentlik rəhbəri media sahəsində həyata keçiriləcək islahatlardan danışdı - Video

Sosial

14 Yanvar 2021 13:53 942


Azərbaycanda medianın inkişafı, jurnalistikada peşəkarlığın artırılması və bu sahədəki problemlərin həlli istiqamətində islahatlar dərinləşdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə artıq Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramının qonağı olan yeni yaradılan qurumun İcraçı direktoru Əhməd İsmayılov rəhbərlik etdiyi agentliyin fəaliyyət istiqamətlərindən danışıb.

MEDİA-nın jurnalistikanın inkişafında görəcəyi işlərdən danışan Ə.İsmayılov deyib ki, əsas məqsəd mətbuatda islahatların dərinləşdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım etməkdir. Eyni zamanda, mətbuat orqanlarının nüfuzunun qaldırılmasına, biznes subyektinə çevrilməsinə yardım ediləcək. Proqramda Ə.İsmayılov mətbuat sahəsində aparılacaq islahatlarla bağlı vacib sualların hər birinə ayrı-ayrılıqda cavab verib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!