Agentlik sürücüləri şantaj edir – “Fərdi məlumatları yaymaq doğru deyil”

saytların hazırlanması

Evə çatdırılma

Agentlik sürücüləri şantaj edir – “Fərdi məlumatları yaymaq doğru deyil”

Avto

31 Yanvar 2020 09:40 2604


Müğənni Ədalət Şükürovun Bakı Nəqliyyat Agentliyini tənqid etməsi dövlət qurumunun sərt reaksiyasına səbəb olub.

Müğənninin qaldırdığı problemi şərh etmək əvəzinə agentlik onun cərimələri ilə bağlı açıqlama yayıb. Bu, BNA-nın onu tənqid edənlərlə şantaj dilində danışması haqda ilk hal deyil. Bundan əvvəl də agentlik onu tənqid edən tanınmış şəxslər – məsələn Rəşad Məcid, Xeyrəddin Qoca haqqında bu tip açıqlamalar və görüntülər yaymışdı. Sanki uşaqlar kimi tərs psixolojiya ilə işləyən BNA növbəti dəfə də qaldırılan problemdən diqqəti yayındırır, problemi qaldıran şəxsin cərimələri ilə manipulyasiya edərək hədəfi dəyişməyə cəhd göstərir. Bu isə təbii ki, dövlətin nəqliyyat sahəsini etibar etdiyi bir qurum üçün arzuolunmaz yanaşmadır, mövcud narazılıqların həll olunmasına xidmət etmir. 

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Yeni Sabah"a açıqlamasında deyib ki,  cərimələrlə bağlı məlumatların yayılması etik deyil: “Ümumiyyətlə dövlətə məxsus olan fərdi məlumatları yaymaq doğru deyil, qanuna ziddir.  pizza sifarişi

Bəzən mən özüm də BNA-nı tənqid edirəm. Gərək ki, indi onlar da tənqiddən nəticə çıxarsınlar. BNA diqqət mərkəzində olan qurumlardan biridir, buna görə diqqətli olmalıdırlar”.  

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı  problemin yaranma səbəbi və BNA-Ədalət Şükürov qalmaqalından danışıb: 

“Ədalət Şükürov BNA ilə bağlı sərt, pul yığmaqla bağlı ittihamlar  səsləndirmişdi. Pul yığmaq da deyəndə, yəni cərimə yazmağı nəzərdə tutur. Cərimə yalnız qayda pozanlara tətbiq olunur. 

Məhz 20 Yanvar dairəsi ilə bağlı son günlər yol polisi orada xidməti gücləndirib. Həmçinin, bu ərazidə BNA əməkdaşları və onların avtomobilləri də var, iş başındadırlar. Amma görünür, onlar mülki şəxs olduğuna görə, taksi sürücüləri onları saymır, onlara qarşı hətta fiziki təzyiq də göstərirlər. Buna görə də, artıq  yol polisi  məsələyə müdaxilə etməli oldu. 

Artıq iki həftədən çoxdur ki, Bakı Şəhər Dövlət Yol Polisi orada mütəmadi olaraq, nəzarət həyata keçirir. Bu mütəmadi nəzarətdə öz nəticəsini verib, 20 Yanvar və Şamaxinka dairəsində demək olar ki, tıxac olmur”.

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!