Agentlik yenə də mənşəyi bilinməyən heyvan əti aşkar etdi

saytların hazırlanması

Evə çatdırılma

Agentlik yenə də mənşəyi bilinməyən heyvan əti aşkar etdi

Sağlamlıq

08 İyul 2019 20:36 1459


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınması məqsədi ilə növbəti monitorinqini Şəkidə keçirib.

“Yeni Sabah” xəbər verir ki, reydlərdə Şəki Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər. Aparılan yoxlanış tədbirləri nəticəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, yol kənarlarında quraşdırılmış kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. pizza

AQTA tərəfindən aidiyyəti qurumlarla birgə qanunvericiliyin tələblərinə uyğun olaraq heyvan kəsiminin tənzimlənməsi ilə əlaqədar monitorinqlər bundan sonra da davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!