Agentlikdə 3 yeni təyinat əmri imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Agentlikdə 3 yeni təyinat əmri imzalandı

Rəsmi

07 Noyabr 2025 13:00 1304


DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsində çalışıb.

Digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib. pizza hut

İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!