Agentlikdən “orden”-“medal” paylayan QHT-lərə   XƏBƏRDARLIQ 

saytların hazırlanması

Evə çatdırılma

Agentlikdən “orden”-“medal” paylayan QHT-lərə XƏBƏRDARLIQ 

Sosial

05 Sentyabr 2024 09:58 270


QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəyanat verib. 

Yenisabah.az-ın məlumatına görə, bəyanatda deyilir ki, son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etməsi müşahidə edilir. 

“Bildiririk ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.  pizza mizza

İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik”, - deyə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəyanatında vurğulanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!