Ağıllı telefondan uzaq qalmağın faydaları

saytların hazırlanması

Evə çatdırılma

Ağıllı telefondan uzaq qalmağın faydaları

Rəqəmsal

18 Yanvar 2026 15:31 1065


Elektron texnika mütəxəssisləri ağıllı telefonlardan həddindən artıq istifadənin beyin yorğunluğu, diqqət dağınıqlığı və yuxu problemlərinə səbəb olduğunu bildiriblər.

“Yeni Sabah” xəbər verir ki, gün ərzində davamlı bildirişlərə məruz qalmaq beynin dincəlməsinə imkan vermir və insanı daimi “hazır ol” vəziyyətində saxlayır. Bu hal zamanla stress, narahatlıq və fokus problemləri yaradır.

Telefon istifadəsi azaldıldıqda beyin daha tez rahatlayır, diqqət və yaddaş funksiyaları tədricən bərpa olunur.  pizza hut

Xüsusilə sosial media və qısa videoların yaratdığı süni dopamin axını zəiflədikdə, insanın konsentrasiya qabiliyyəti artır.

Ekspertlər əlavə ediblər ki, səhər oyanan kimi telefona baxmaq vərdişindən imtina etmək, lazımsız bildirişləri bağlamaq və eyni anda bir neçə ekranla işləməmək zehni yükü azaldır. Bu cür sadə dəyişikliklər yuxu keyfiyyətini yaxşılaşdırır, stressi azaldır və ümumi psixoloji rahatlığı artırır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!