“Dünyanın hər yerində bu infeksiya minlərlə insanın həyatına son qoyub. Belə bir vəziyyətdə yeganə çıxış yolu özünütəcriddir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli Publika.az-a müsahibəsində deyib. O qeyd edib ki, insanlar ünsiyyətlərini minimuma endirməklə özlərini və yaxınlarını bu bəladan qoruya bilər.
“Bu, həm də Allah qarşısında bir məsuliyyətdir. Hər bir insan ona verilən can əmanətinə görə Allah qarşısında məsuliyyət daşıyır. "Qurani- Kərim"də də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar deyir ki, Allah məni qoruyar. Amma ağılsız insanları Allah qorumur. Odur ki, insan ehtiyatlı davranmalıdır, ehtiyatsızlıqdan virusa yoluxub ölərsə, intihar, başqasını yoluxdurarsa, qatil hesab olunur. Vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar. Toyuqlu pizza
Əlbəttə ki, bu dövrdə fürsətdən istifadə edib ziyarətgahların əlacsızlığını qabardan insanlar tapılır. Hesab edirəm ki, bu gün insanların inancı ilə oynamaq yanlışdır, bu vəziyyətdə qıcıqlandırıcı mövzulara toxunmaq laızm deyil. Belə çıxır ki, ziyarətgahların bağlanması Allaha inamsızlıq yaradır. Bu məntiqlə çıxış edənlər iddia edir ki, Allah insanlara kömək etmir. Təbii ki, bunlar lazımsız mövzulardır. İnsanlar Allah tərəfindən müxtəlif vaxtlarda imtahana çəkilir. Allah insanın müxtəlif situasiyalarda səbrini yoxlayır. Odur ki, belə məsələlərdə məscid və ziyarətgahları insanın dadına yetişmədiyi kimi təqdim etmək olmaz. Bir daha qeyd edirəm ki, ziyarətgahlar müalicə müəssisəsi deyil”.
Telegram kanalımız