Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

İdman

10 May 2019 15:38 1034


Mayın 11-12-də gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından “Yeni Sabah”a bildiriblər ki, birincilik Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında təşkil olunacaq. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!