Ağır atletika üzrə  birincilik davam edir

saytların hazırlanması

Evə çatdırılma

Ağır atletika üzrə birincilik davam edir

İdman

12 May 2019 11:36 1203


Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından “Yeni Sabah”a bildiriblər ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında növbəti dəfə körpücük üzərinə çəkisi 55 kiloqrama qədər atletlər mübarizəyə qoşulublar.

Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Qobustan rayonun təmsil edən Tehran Məmmədov toplam 196 kiloqram (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. İkinci pillədə toplam 190 kiloqram (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pillədə isə 176 kiloqram (80+96) nəticə ilə Əvəz Tağıyev tutub. pizza hut

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!