Səbutər Babayev Türkiyədə həbs olundu -   Azərbaycana gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Səbutər Babayev Türkiyədə həbs olundu - Azərbaycana gətirilir

Kriminal

16 Aprel 2026 11:31 506


Azərbaycanda müxtəlif cinayətlər törədərək xarici qaçan Səbutər Babayev Türkiyədə həbs olunub.

Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, “Ekstradisiya haqqında Avropa Konvensiyası”nın tələblərinə uyğun olaraq, Azərbaycan  vətəndaşı Babayev Səbutər Adil oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib. pizza sifarişi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı Səbutər Babayevin mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirilməsində iştirak etməsi, bundan başqa, onun həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satmasına əsaslı şübhələr müəyyən olunub.

Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib, lakin istintaqdan yayınaraq gizləndiyinə görə o, beynəlxalq axtarışa verilib. Keçirilən tədbirlər nəticəsində Səbutər Babayev Türkiyə ərazisində saxlanılıb.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!