Fizionomist Rəşad Əhmədov insanları bir-birindən necə ayırmaq , üz quruluşlarına görə onların xarakterini fərqləndirmək haqqında danışıb. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, hətta almanın oxşarlığında belə, fərdi bir xüsusiyyət var:
“Saçı yumşaq olan adamlar çox həssas, müəyyən bir şeyi analiz etmək, tez qavramaq kimi xüsusiyyətlərə malik olurlar. Çox saçlı insanlarda tərslik, höcətlik kimi əlamətlər müşahidə olunur. Elə regionlar var ki, orada bir qrup insanlar çoxluq təşkil edir və bu da milli xüsusiyyətə çevirilir. Bu kimi şeylər insanların qəriblikdə tanınmasında başlıca amillərdən biridir. Sizə bir fakt deyim. Xarici ölkələrdə gözdən əlil insanlardan xüsusi xidmət orqanlarında istifadə edirlər. Yəni, ağır cinayətlərin açılmasında onların instinktiv cəhətlərinə ehtiyac duyulur. Hissiyyat güclü olur.
Məsələn, ailə qurulmasında insanların bir-birini tanıması əsas götürülür. İnsanı tanımaq üçün isə diqqətli olmaq, vaxt ayırmaq lazımdır”. pizza hut
R.Əhmədov insanları nə qədər müddətə tanımaq olar sualını belə cavablandırıb:
“Bunun üçün konkret vaxt məhdudiyyəti yoxdur. Amma operativlik nöqteyi-nəzərindən, 2 dəqiqə 36 saniyə kifayət edir. Yəni, insana baxanda 60-70% təxəyyülündə fikir formalaşır. Üz nahiyəsində hər hansı bir əməliyyat isə şəxsin xasiyyətini tanımağımıza təsir göstərmir. Çünki insan özünü sadəcə bir müddət süni apara bilir, ondan sonra isə artıq hər şey bəlli olmağa başlayır. Mütəxəssis artıq bu zaman xasiyyət analizi apara bilir. Gözlər hər zaman satqın olur. Göz oynaması, onun bir yerə fokuslanmaması onun yalan danışdığını göstərir”.
Naibə Məmmədova
Telegram kanalımız