Ağır silahları məhv edib, maşınların nömrəsini dəyişiblər... - Separatçılar Qarabağdan belə qaçıb

saytların hazırlanması

Evə çatdırılma

Ağır silahları məhv edib, maşınların nömrəsini dəyişiblər... - Separatçılar Qarabağdan belə qaçıb

Maraqlı

31 Oktyabr 2023 10:20 1090


Qondarma rejimə məxsus “Artsax Müdafiə Ordusu” 19-20 sentyabr antiterror əməliyyatları çərçivəsində ləğv edildikdən sonra “ordu”nun bir çox silah-sursatı Rusiyaya təhvil verilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. KİV sözügedən aksiyanın detallarını açıqlayıb. 

Erməni nəşri iddia edib ki, həmin vaxt hərbi maşınlardan hərbi nömrələr çıxarılıb və onların yerinə mülki nömrələr taxılaraq Qarabağ ermənilərinin bölgədən çıxarılmasında istifadə edilib. Qəzet yazır ki, çıxarılması mümkün olmayan texnika isə mümkün qədər məhv edilib və azərbaycanlıların əlinə keçməməsi üçün yarasız hala salınıb.  Dominos pizza

Qeyd edək ki, bu proses sülhməranlıların gözü qarşısında baş verib. Amma nədənsə, onlar ağır silahların və texnikanın yararsız hala salınmasına göz yumublar. Hazırda "Artsax" "ordu"sundan geriyə Rusiya istehsalı olan köhnə avtomatlar qalıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!